Biləsuvarda reyd zamanı sərxoş sürücü və avtoxuliqan aşkarlandı

Biləsuvarda reyd zamanı sərxoş sürücü və avtoxuliqan aşkarlandı Biləsuvarda Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib
Hadisə
23 Aprel , 2021 21:56
Biləsuvarda reyd zamanı sərxoş sürücü və avtoxuliqan aşkarlandı
0 : 00
0 : 00

Biləsuvarda Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, reyd rayonun müxtəlif ərazilərində təşkil olunub.

Reyd zamanı 5 nəfərin sürücülük vəsiqəsinin olmaması, 1 nəfərin avtomobili sərxoş vəziyyətdə idarə etməsi aşkarlanıb. Həmçinin 1 avtoxuliqan aşkar edilib.

Onlar barədə inzibati protokollar tərtib olunub.

Son xəbərlər

Orphus sistemi