Biləsuvarda qəzaya düşən yaralılardan biri xəstəxanada dünyasını dəyişib - YENİLƏNİB-2

Biləsuvarda qəzaya düşən yaralılardan biri xəstəxanada dünyasını dəyişib - YENİLƏNİB-2 Ölən şəxs Naxçıvanın Culfa rayon sakinidir
Hadisə
8 Aprel , 2018 10:58
Biləsuvarda qəzaya düşən yaralılardan biri xəstəxanada dünyasını dəyişib - YENİLƏNİB-2

Biləsuvar. 8 aprel. REPORT.AZ/ Biləsuvar rayonunda ağır yol qəzasında yaralananlardan biri xəstəxanada dünyasını dəyişib.

“Report”un Aran bürosu xəbər verir ki, ötən gün “Mercedes” markalı minik avtomobili ilə digər maşının toqquşması nəticəsində yaralanan Naxçıvanın Culfa rayon sakini, 1960-cı il təvəllüdlü Nağıyev İsgəndər Məhəmməd oğlu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.


***21:24

Biləsuvar. 7 aprel. REPORT.AZ/ Biləsuvar rayonunda baş vermiş ağır qəzada xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, bunlar Masallı şəhər sakinləri - 1962-ci il təvəllüdlü Muxtarov Urfan Abutalıb oğlu, 1971-ci təvəllüdlü Cabbarova Könül Şükür qızı, 1992-ci il təvəllüdlü Cabbarov Zaur Müdhət oğlu və 1962-ci il təvəllüdlü Culfa rayon sakini Nağıyev İsgəndər Məhəmməd oğludur.

Aprelin 7-si saat 18:30 radələrində Ələt-Astara magistral avtomobil yolunun 97-ci km-də, Biləsuvar rayon Xırmandalı kəndi ərazisindən keçən hissədə Naxçıvanın Culfa rayon sakini İsgəndər Nağıyevin idarə etdiyi “Naz-Lifan” markalı "KJ 627 Az tr" dövlət qeydiyyat nişanlı avtomobillə Urfan Muxtarovun idarə etdiyi “Mercedes” markalı "90-SH-865" dövlət qeydiyyat nişanlı maşın toqquşub. Nəticədə “Naz-Lifan”ın sürücüsü ağır vəziyyətdə, “Mercedes”in sürücüsü və avtomobildə olan sərnişinlər - Zaur Cabbarov və Könül Cabbarova aldıqları müxtəlif növ yüngül bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


***19:07

Biləsuvar. 7 aprel. REPORT.AZ/ Axşam saatlarında Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Xırmandalı kəndi ərazisində “Mitsubishi” markalı avtomobillə “Mercedes” toqquşub.

Hadisə zamanı 4 nəfərin ağır yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi