Biləsuvarda qəza törədərək qaçan sürücünün şəxsiyyəti məlum olub

Hadisə
  • 16 iyun, 2022
  • 06:34
Biləsuvarda qəza törədərək qaçan sürücünün şəxsiyyəti məlum olub

Biləsuvarda qəza törədərək qaçan sürücünün şəxsiyyəti məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, iyunun 14-ü saat 21 radələrində rayonun Əsgərabad kəndində müəyyən edilməyən avtomobillə Aşağı Cürəli kənd sakini Elman İbişovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil toqquşub.

Nəticədə E.İbişovun sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib.

Polisin keçirdiyi tədbirlərlə yol-nəqliyyat hadisəsinin “Khazar” markalı avtomobilin sürücüsü, Əsgərabad kənd sakini, İkinci Qarabağ müharibəsi qazisi, 3-cü qrup əlil olan Ziya Kazımov tərəfindən törədilməsi müəyyən olunub.

44 - Tezliklə