Biləsuvarda pambıq qəbulu məntəqəsində baş verən yanğın söndürülüb - YENİLƏNİB-2

Biləsuvarda pambıq qəbulu məntəqəsində baş verən yanğın söndürülüb - YENİLƏNİB-2 Yanğın zamanı 500 kiloqramdan çox pambıq yanıb
Hadisə
23 Oktyabr , 2017 17:09
Biləsuvarda pambıq qəbulu məntəqəsində baş verən yanğın söndürülüb - YENİLƏNİB-2
Report

Biləsuvar. 23 oktyabr. REPORT.AZ/ Biləsuvar rayonunda pambıq qəbulu məntəqəsində baş verən yanğın söndürülüb.

"Report"un Aran bürosunun məlumatına görə, rayonun Əsgərabad kəndi ərazisində yerləşən pambıq qəbulu məntəqəsində hər birində 80 ton pambıq olmaqla yeddi pambıq tayası yığılıb. Hələlik məlum olmayan səbəblərdən 80 tonluq pambıq tayalarından birində yanğın baş verib. 

İlkin məlumatlara görə, yanğın zamanı 500 kiloqramdan çox pambıq yanıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


***16:21

Biləsuvar. 23 oktyabr. REPORT.AZ/ Biləsuvar rayonunda pambıq qəbulu məntəqəsində baş verən yanğın lokallaşdırılıb.

"Report"un Aran bürosunun məlumatına görə, rayonun Əsgərabad kəndi ərazisində yerləşən pambıq qəbulu məntəqəsində hər birində 80 ton pambıq olmaqla yeddi pambıq tayası yığılıb. Hələlik məlum olmayan səbəblərdən  80 tonluq pambıq tayalarından birində yanğın baş verib. 

Hadisə yerinə cəlb olunan FHN-in Biləsuvar rayon YMH-nin əməkdaşları tərəfindən yanğın lokallaşdırılıb və digər pambıq tayalarına keçməsinin qarşısı alınıb.


***15:45

Biləsuvar. 23 oktyabr. REPORT.AZ/ Biləsuvar rayonunda pambıq qəbulu məntəqəsində yanğın başlayıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Əsgərabad kəndi ərazisində yerləşən məntəqədə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin (YMH) texniki və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğın davam edir. 

Son xəbərlər

Orphus sistemi