Biləsuvarda iki avtomobil toqquşub, əkiz qardaşlar yaralanıb
Hadisə
- 08 yanvar, 2017
- 15:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Biləsuvar. 8 yanvar. REPORT.AZ/ Biləsuvarda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Cəlilabadla birləşdiyi hissədə, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.
Həmin ərazidə iki minik avtomobili toqquşub. “Mersedes” markalı avtomobildə olan Biləsuvarın Xırmandalı kənd sakinləri, əkiz qardaşlar - 27 yaşlı Elton və Elnur Siyasət oğlu Orucovlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra zərərçəkmişlər Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
19:07
Azərbaycan cüdoçularının Qran-Pri turnirindəki ilk rəqibləri müəyyənləşib
Fərdi
19:07
Foto
Azərbaycan və Qırğızıstan COP31 çərçivəsində ətraf mühit məsələlərini müzakirə edib
Ekologiya
19:05
Alen Berse: Avropa Şurası Gürcüstanla dialoq və əməkdaşlığı davam etdirəcək
Digər ölkələr
19:00
BƏƏ-də zəncirvari avtoqəzada 14 nəfər ölüb
Digər ölkələr
18:50
"Nvidia"nın rəhbəri Censen Huanq qalmaqal fonunda istefa verib
Digər ölkələr
18:47
Azərbaycan boksçusu Məhəmməd Abdullayev Avropa yığmasının heyətində rinqə çıxacaq
Fərdi
18:35
Nyu-Yorkda binanın çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb
Digər ölkələr
18:25
Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib
Digər ölkələr
18:14
Foto
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - Yenilənib
Xarici siyasət