Biləsuvarda iki avtomobil toqquşmadan yayınaraq qəza törədib

Biləsuvarda iki avtomobil toqquşmadan yayınaraq qəza törədib "Mercedes" və "Kamaz" yol kənarındakı maneəyə çırpılıb
Hadisə
29 May , 2018 22:33
Biləsuvarda iki avtomobil toqquşmadan yayınaraq qəza törədib
Report

Biləsuvar. 29 may. REPORT.AZ/ Biləsuvar rayonunda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, rayonun Amankənd kəndi ərazisində "Mercedes" və "Kamaz" markalı avtomobillər toquşmadan yayınaraq yol kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi