Biləsuvarda ev yanıb, ölən var - YENİLƏNİB

Biləsuvarda ev yanıb, ölən var - YENİLƏNİB Həsən Kazımov yanğn zamanı ölüb
Hadisə
13 Dekabr , 2017 22:12
Biləsuvarda ev yanıb, ölən var - YENİLƏNİB

Biləsuvar. 13 dekabr. REPORT.AZ/ Biləsuvar rayonunda fərdi yaşayış evində baş verən yanğın zamanı ev sahibi yanaraq ölüb.  

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Zəhmətabad kənd sakini 1969-cu il təvəllüdlü Kazımov Həsən Bayram oğluna məxsus ev yanıb. Hadisə zamanı evin sahibi yanaraq ölüb. 

Faktla bağlı araşdırma aparılır.


***21:58

Biləsuvar. 13 dekabr. REPORT.AZ Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın olub. 

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Zəhmətabad kəndi ərazisində baş verib. 

Hadisə zamanı ev sahibinin yanraq öldüyü bildirilir. 

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri yanğını söndürməyə çalışır. 

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. 


Son xəbərlər

Orphus sistemi