Biləsuvarda elektrik cərəyanı 25 yaşlı qadını vuraraq öldürüb - ƏLAVƏ OLUNUB

Biləsuvarda elektrik cərəyanı 25 yaşlı qadını vuraraq öldürüb - ƏLAVƏ OLUNUB Salatın Mirişova elektrik cərəyanı vurması nəticəsində ölüb
Hadisə
14 Noyabr , 2017 22:36
Biləsuvarda elektrik cərəyanı 25 yaşlı qadını vuraraq öldürüb - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 21:56-da verilib.

Biləsuvar. 14 noyabr. REPORT.AZ/ Biləsuvar rayonunda elektrik cərəyanı 25 yaşlı qadının həyatına son qoyub.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Ağayrı kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 25 yaşlı Salatın Eynulla qızı Mirişova elektrik cərəyanı vurması nəticəsində ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə gətirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi