Biləsuvarda avtomobillər toqquşub, xəsarət alan var

Biləsuvarda avtomobillər toqquşub, xəsarət alan var Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
7 Avqust , 2021 21:21
Biləsuvarda avtomobillər toqquşub, xəsarət alan var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili ilə "Mercedes Benz" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində sürücülərdən biri (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi