Biləsuvarda avtomobillər toqquşub, iki nəfər yaralanıb

Biləsuvarda avtomobillər toqquşub, iki nəfər yaralanıb Biləsuvar şəhərinin H.Əliyev prospektində yol qəzası baş verib.
Hadisə
8 Oktyabr , 2023 23:06
Biləsuvarda avtomobillər toqquşub, iki nəfər yaralanıb

Biləsuvar şəhərinin H.Əliyev prospektində yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, "VAZ-2106" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində sürücülər - 2003-cü il təvəllüdlü Xəyal Qubadlı və 1990-cı il təvəllüdlü Əsgər Quliyev xəsarət alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi