Biləsuvarda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Biləsuvarda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
1 Dekabr , 2017 12:15
Biləsuvarda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Biləsuvar. 1 dekabr. REPORT.AZ/ Biləsuvar rayonunda avtomobilin vurduğu 64 yaşlı piyada xəstəxanada ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Bağbanlar kənd sakini, 1953-cü il təvəllüdlü Xeyriş Pənci oğlu Aslanov ötən gün yerləşdirildiyi  Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.  


***21:32

Biləsuvar. 30 noyabr. REPORT.AZ/ Biləsuvar rayonunda 64 yaşlı qadını maşın vurub. 

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 5 mərtəbə adlanan ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili rayonun Bağbanlar kənd sakini, 1953-cü il təvəllüdlü Xeyriş Pənci oğlu Aslanovu vurub. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi