Biləsuvar. 1 dekabr. REPORT.AZ/ Biləsuvar rayonunda avtomobilin vurduğu 64 yaşlı piyada xəstəxanada ölüb.
“Report”un Aran bürosunun məlumatına görə, rayonun Bağbanlar kənd sakini, 1953-cü il təvəllüdlü Xeyriş Pənci oğlu Aslanov ötən gün yerləşdirildiyi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
***21:32
Biləsuvar. 30 noyabr. REPORT.AZ/ Biləsuvar rayonunda 64 yaşlı qadını maşın vurub.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 5 mərtəbə adlanan ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı minik avtomobili rayonun Bağbanlar kənd sakini, 1953-cü il təvəllüdlü Xeyriş Pənci oğlu Aslanovu vurub. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.