Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü saxlanılıb - YENİLƏNİB

Hadisə
  • 05 sentyabr, 2026
  • 10:07
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü saxlanılıb - YENİLƏNİB

Biləsuvarda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü Hüseyn Cəfərlinin idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi yolu qarşı tərəfə keçmək istəyən piyada 1981-ci il təvəllüdlü Elçin Cabbarovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü H.Cəfərli saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində olub.

Belə ki, 1981-ci il təvəllüdlü Cabbarov Elçin Yaşar oğlu yolu keçərkən avtomobil onu vurub. E.Cabbarov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.