Biləsuvarda avtomobil piyada qadını vuraraq öldürüb

Biləsuvarda avtomobil piyada qadını vuraraq öldürüb Faktla bağlı araşdırma aparılır
Hadisə
6 İyul , 2017 17:25
Biləsuvarda avtomobil piyada qadını vuraraq öldürüb

Biləsuvar. 6 iyul. REPORT.AZ/ Biləsuvarda piyadanı avtomobil vurub. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin M. İbrahimov küçəsində, bazarın yaxınlığında qeydə alınıb.

Belə ki, yol keçmək istəyən rayonun Bəydili kənd sakini 40 yaşlı Sevinc Şükür qızı Kazımovanı minik avtomobili vurub. 

Yaralı qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunmaq üçün cərrahiyyə şöbəsinə qaldırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi