Biləsuvarda avtomobil 4 yaşlı uşağı vuraraq ağır xəsarət yetirib

Biləsuvarda avtomobil 4 yaşlı uşağı vuraraq ağır xəsarət yetirib Biləsuvar rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
30 Sentyabr , 2022 08:02
Biləsuvarda avtomobil 4 yaşlı uşağı vuraraq ağır xəsarət yetirib

Biləsuvar rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, İsmətli kəndində avtomobil yolu keçən 2018-ci il təvəllüdlü Nəbiyev Məhəmməd Amil oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi