Biləsuvarda 64 yaşlı piyadanı avtomobil vurub

Biləsuvarda 64 yaşlı piyadanı avtomobil vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
29 Noyabr , 2017 19:31
Biləsuvarda 64 yaşlı piyadanı avtomobil vurub

Biləsuvar. 29 noyabr. REPORT.AZ/ Biləsuvar rayonunda 64 yaşlı piyadanı avtomobil vurub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin 5 mərtəbə adlanan ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı minik avtomobili rayonun Bağbanlar kənd sakini, 1953-cü il təvəllüdlü Xeyriş Pənci oğlu Aslanovu vurub. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi