Biləsuvarda 4 yaşlı uşaq evdə yanaraq ölüb

Hadisə
  • 06 aprel, 2017
  • 23:15
Biləsuvarda 4 yaşlı uşaq evdə yanaraq ölüb

Biləsuvar. 7 aprel. REPORT.AZ/ Gecə saatlarında Biləsuvar rayonunun Zəhmətabad kəndində yanğın baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə nəticəsində  Mahir Abbasova məxsus birmərtəbəli 3 otaqlı ev əşyaları ilə birlikdə yanıb.

Həmçinin yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.