Biləsuvarda kişi qonşusuna 8 bıçaq zərbəsi vurub

Biləsuvarda kişi qonşusuna 8 bıçaq zərbəsi vurub Biləsuvarda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
246
4 May , 2022 09:38
Biləsuvarda kişi qonşusuna 8 bıçaq zərbəsi vurub

Biləsuvarda bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Ovçubərə kəndində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Mirzəyev Səxavət Xalıq oğlu həyətyanı sahəsini suvarmaq üçün qonşusunun həyətindən keçən su kanalını qazaraq təmizləyib. Bundan xəbər tutan qonşusu, 1991-ci il təvəllüdlü Abdullayev Əlizadə Vaqif oğlu onunla mübahisə edib.

Nəticədə Ə.Abdullayev S.Mirzəyevə 8 bıçaq zərbəsi vurub.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan S.Mirzəyevin vəziyyəti ağır qiymətləndirilir.

Daha sonra Ə.Abdullayev polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

08.04

Biləsuvarda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ovçubərə kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Mirzəyev Səxavət Xalıq oğlu bədəninin kəsilmiş-deşilmiş yarası ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

O, bildirib ki, tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi