Biləsuvar şəhərində yanğın hadisəsi baş verib, 3 nəfər tüstüdən zəhərlənib

Biləsuvar şəhərində yanğın hadisəsi baş verib, 3 nəfər tüstüdən zəhərlənib Onlarına ilkin tibbi yardım göstərilib, vəziyyətləri normaldır
Hadisə
6 İyul , 2017 20:10
Biləsuvar şəhərində yanğın hadisəsi baş verib, 3 nəfər tüstüdən zəhərlənib

Biləsuvar. 6 iyul. REPORT.AZ/ Biləsuvar şəhərində yanğın hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə şəhərin M.Qasımov küçəsində 1961-ci il təvəllüdlü Məmmədov Mirzəxan Şulu oğluna məxsus birmərtəbəli 3 otaqlı evdə qeydə alınıb.  

Nəticədə ümumi sahəsi 99 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m2 və həyətyanı sahədə 16 m2 məişət tullantıları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Onlar Təcili Tibbi Yardım avtomobili ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxasına çatdırlıblar.

Zəhərlənənlər şəhər sakinləri 1983-cü il təvəllüdlü Qədirova Məlahət Yusif qızı, 2000-ci il təvəllüdlü Süleymanova Gülbəniz İlham qızı və 1967-ci il təvəllüdlü İsmayılova Naibə Məmmədhəsən qızıdır.

Onlarına ilkin tibbi yardım göstərilib, vəziyyətləri normaldır.

Son xəbərlər

Orphus sistemi