Biləsuvarda 20 yaşlı fəhlənin ölümünün təfərrüatı məlum olub - YENİLƏNİB

Hadisə
  • 20 aprel, 2023
  • 10:10
Biləsuvarda 20 yaşlı fəhlənin ölümünün təfərrüatı məlum olub - YENİLƏNİB

Biləsuvar rayonunun Səmədabad kəndində aprelin 20-də səhər saatlarında 20 yaşlı gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsinin təfərrüatı məlum olub.

"Report"un Muğan bürosunun xəbərinə görə, hadisə quşçuluq fermasının ərazisində baş verib.

Burada fəhlə işləyən kənd sakini, 2003-cü il təvəllüdlü Dadaşov Həbib Adıgözəl oğlu əllə idarə olunan dəmir konstruksiyalı yem aparatını dartıb apararkən onu aşağı endirməyib. Nəticədə aparatın yuxarı hissəsi həmin ərazidən keçən yüksək gərginlikli elektrik xəttinə dəyib və H.Dadaşovu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

12:54

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

İlkin məlumata görə, rayon sakini, H.Dadaşovu elektrik cərəyanı vuraraq öldürüb.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.