Biləsuvar sakini kafedə qətlə yetirildi

Biləsuvar sakini kafedə qətlə yetirildi Biləsuvar rayonunda qətl hadisəsi törədilib.
Hadisə
3 İyun , 2020 08:58
Biləsuvar sakini kafedə qətlə yetirildi
Report

Biləsuvar rayonunda qətl hadisəsi törədilib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhər ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.

İlkin məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Rzayev Rəşad Cəlil oğlu bıçaq zərbəsi ilə qətlə yetirilib. 

Məlumata görə, bıçaq qarın boşluğuna nüfuz edib və R.Rzayev qanitirmədən yerindəcə keçinib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi