Qubada qəbiristanlıqda bibisini öldürən şəxsin məhkəməsinə ekspert dəvət edilib

Qubada qəbiristanlıqda bibisini öldürən şəxsin məhkəməsinə ekspert dəvət edilib Bakı. 23 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
23 Fevral , 2019 10:12
Qubada qəbiristanlıqda bibisini öldürən şəxsin məhkəməsinə ekspert dəvət edilib

Bakı. 23 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsinin başlandığı elan olunub.

Hakim M.Migirovun istintaqa verdiyi ifadəsini elan edib. Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl həmyerlisi Ramin adlı şəxsdən onu Qubanın Slaboda qəsəbəsinin qəbirstanlığına aparmasını istəyib: "Raminin maşını ilə gedəndə ondan yolüstü mağazada saxlamasını xahiş etdim. Mağazadan araq aldım. Ramin məni qəbiristanlığa aparandan sonra onun getməsini istədim. Orada təzə rəhmətə getmiş qardaşımın məzarı başında araq süzüb içdim. Sonra Raminə zəng elədim, gəlib məni apardı".

M.Migirov deyib ki, növbəti dəfə də Ramin adlı həmyerlisi onu qəbiristanlığa aparıb, qardaşının məzarı başında araq içib: "Oradan evə qayıdanda Ramindən xahiş elədim ki, məni bibim Şuşan Sumxayevanın evinə aparsın. Çünki bibim də rəhmətə getmiş yaxınlarını yad etmək istəyirdi. Bibimi evdən götürüb qəbiristanlığa apardım. Qardaşımın məzarının yanında olan zaman halım pisləşdi, özümdə olmadım, yerə yıxıldım. Bir də ayıldım ki, başımın üzərində polislər dayanıb. Bibim Şuşan da yerdə qan içərisində uzanıb. Onun üzərində olan paltarları cırıq-cırıq idi. Sonra polislər məni həbs elədi".

Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O, cinayət işində rəy vermiş Məhkəmə-Tibbi Ekspertizanın ekpertinin məhkəməyə dəvət edilməsini istəyib.

Vəsatət təmin olunub.

Məhkəmənin növbəti iclası martın 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il Qubanın Slaboda qəsəbəsində baş verib. Qəsəbə sakini M.Migirov bibisi Şuşan Sumxayevanı qəbirstanlığa apararaq döyüb.

Nəticədə yerləşdirilən Ş.Sumxayeva ölüb.

Quba rayon Polis şöbəsinin əməkdaşları M.Migirovu saxlayıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıq adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, M.Migirov daha əvvəl Rusiya Federasiyasında məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi