Yuxarı
    Bağlamaq

    ​Beynəlxalq Bank işinə görə tutulmuş daha 9 iş adamı barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb

    Həmin şəxslərin işinə Nərimanov Rayon Məhkəməsində baxılıb

    Bakı. 19 noyabr. REPORT.AZ/ Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan daha 9 iş adamı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb. “Report”un əldə etdiyi məlumata görə, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan həmin şəxslərin işinə Nərimanov Rayon Məhkəməsində baxılıb.

    Qeyd edək ki, ötən gün “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuz və digər 4 iş adamı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

    Həbs qətimkan tədbirinin müddətinin uzadılmasının səbəbi kimi onların əməllərinin ağırlığı, törətdiyi əməllərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cinayət materiallarını gizlətmə, saxtalaşdırma, cinayət əməllərini yenidən törətmə göstərilib.

    Qeyd edək ki, saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi