Yuxarı

​Beynəlxalq Bank işinə görə tutulmuş daha 8 iş adamının həbs müddəti uzadılıb

İş adamları barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb

Bakı. 25 fevral. REPORT.AZ/ Nərimanov Rayon Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan daha 8 nəfər iş adamı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

“Report”un əldə etdiyi məlumata görə, həmin iş adamları barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Bununla da Beynəlxalq Bank işinə görə saxlanılan və barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılan iş adamlarının sayı 11 olub.

Qeyd edək ki, daha əvvəl “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuz və "Şəki İpək Aqro" MMC-nin icraçı direktoru Cavid Muxtarov barəsində də seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Xatırladaq ki, həmin şəxslər 2015-ci ilin may ayında saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Bundan əvvəl də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi