Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Rusiyadan ekstradisiya olunub

Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Rusiyadan ekstradisiya olunub O, şantaj və hərbçilər arasında nizamnamə qaydalarının pozulmasında şübhəli bilinir
Hadisə
16 İyun , 2016 10:39
Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Rusiyadan ekstradisiya olunub

Bakı. 16 iyun. REPORT.AZ/ Şantaj və hərbçilər arasında nizamnamə qaydalarının pozulmasında şübhəli bilinən Azərbaycan vətəndaşı Rusiyanın Rostov vilayətindən ekstradisiya olunub. 

Bu barədə "Report" Rostov vilayəti prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir. 

Cinayəti törətdikdən sonra o, təqibdən qorxaraq, respublikanı tərk edib. Azərbaycan polis orqanları onu beynəlxalq axtarışa verib, 2016-cı ilin fevral ayında isə cinayətkar Rostov vilayətinin ərazisində saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi