Beyləqanda yol qəzasında 31 yaşlı qadın ağır xəsarət alıb

Beyləqanda yol qəzasında 31 yaşlı qadın ağır xəsarət alıb Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
186
29 Avqust , 2021 23:27
Beyləqanda yol qəzasında 31 yaşlı qadın ağır xəsarət alıb

Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Abbasova Arzu Füzuli qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və hər iki qolun sınığı diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi