Beyləqanda yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB
- 31 oktyabr, 2019
- 08:41
Beyləqan rayonunda başverən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə zamanı rayon sakinləri - Qurbanlı Qurban (1994), Qasımov Əli (1991) və Əmirxanlı Orxan (1995) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
*** 10:23
Beyləqan rayonunda yol qəzası baş verib.
"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "Toyota Prado" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.
Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar.