Beyləqanda qəzada ata öldü, oğlu xəsarət aldı

Beyləqanda qəzada ata öldü, oğlu xəsarət aldı Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
29 May , 2020 12:36
Beyləqanda qəzada ata öldü, oğlu xəsarət aldı

Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Yuxarı Aran kənd sakini Fərəc Qasımovun idarə etdiyi “QAZ-3110” və Füzuli rayon sakini E.Eyvazovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. 

Nəticədə F.Qasımov və sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib, ata orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi