Beyləqanda piyadanı avtomobil vurub

Hadisə
  • 30 dekabr, 2022
  • 00:07
Beyləqanda piyadanı avtomobil vurub

Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Xasməmmədov Rəşad Bayram oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması və sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.