Beyləqanda kanalda çimən yeniyetmə boğularaq ölüb

Hadisə
  • 07 avqust, 2026
  • 19:15
Beyləqanda kanalda çimən yeniyetmə boğularaq ölüb

Beyləqanda daha bir nəfər kanalda çimərkən boğulub.

"Report"un Qarabağ Bürosu xəbər verir ki, rayonun Gödəklər kənd sakini, 15 yaşlı Murad Ramil oğlu Əmrahlı həmyaşıdları ilə rayonun Bünyatlı kəndi ərazisində çimərkən su kanalında batıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, batan şəxsin meyiti sakinlərin köməyi ilə sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün səhər Beyləqan rayonu ərazisindən keçən kanalda bir nəfər batmışdı.