Beyləqan rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə zamanı 1951-ci il təvəllüdlü İsmayılova Səkinə Bəbir qızı bədən xəsarətləri alıb.
Yaralı əvvəlcə rayon xəstəxanasına, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.