Beyləqanda bələdiyyə binasındakı “Kapital Bank”ın bankomatından 5 min manat oğurlanıb

Hadisə
  • 03 iyun, 2016
  • 10:58
Beyləqanda bələdiyyə binasındakı “Kapital Bank”ın bankomatından 5 min manat oğurlanıb

Bakı. 3 iyun. REPORT.AZ/ Beylaqan rayonunda bələdiyyə binasından oğurluq edilib.

“Report”un xəbərinə görə, hadisə rayonun Əhmədli kəndində baş verib.

Kənd bələdiyyəsinin inzibati binasına daxil olan naməlum şəxslər “Kapital Bank”ın bankomatını sındırıb, daha sonra bankomatdakı beş min manatdan çox pulu oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.