Beyləqanda avtomobillə vurulan piyada ağır xəsarət alıb

Hadisə
  • 26 yanvar, 2022
  • 00:21
Beyləqanda avtomobillə vurulan piyada ağır xəsarət alıb

Beyləqan rayonunda 43 yaşlı kişini avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə rayonun Şahverən kəndində qeydə alınıb.

Avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Süleymanov Ramil Ağamirzə oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və alın sümüklərinin sınıqları diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.