Bakı. 24 oktyabr. REPORT.AZ/ Oktyabrın 23-də Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində partlamamış hərbi sursat tapılıb.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya m məlumat daxil olub.
Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Beyləqan rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə kanal ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd 122 mm-lik top mərmisi (OF-56) və 24 ədəd boş giliz aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Bundan əvvəl Bakıda orta məktəbin zirzəmisində yüzlərlə partlamamış hərbi sursat aşkarlanıb.