Beyləqan sakinindən odlu silah və qumbara aşkar edilib
Hadisə
- 23 mart, 2022
- 06:31
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah və qumbara saxlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah və qumbara əldə etməkdə şübhəli bilinən rayon sakini Araz Əliyev saxlanılıb.
Onun rayon ərazisindəki kirayə yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd atəşə yararlı tüfəng və 1 ədəd alışdırıcısı ilə birgə “F-1” markalı əl qumbarası aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və A.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
13:14
Foto
Lüksemburqda Anım Günü ilə bağlı tədbir keçirilib
Xarici siyasət13:07
Qadın voleybolçulardan ibarət "Turan" klubunun Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
Komanda13:06
Türkiyə Milli Müdafiə Nazirliyi "Birliyin gücü - 2026"dan maraqlı görüntülər paylaşıb
Hərbi13:05
Kaya Kallas Aİ ölkələrini mövcud "Patriot" raketləri ehtiyatlarını Ukraynaya verməyə çağırıb
Digər ölkələr13:03
Sabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq
Ekologiya13:00
Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq
İnfrastruktur12:59
Palçıq Vulkanları Turizm Kompleksinə 8 ayda 30 minə yaxın turist gəlib
Turizm12:57
Foto
Azərbaycan cüdoçuları Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
Fərdi12:57
Foto