Bərdədə avtoqəzada xəsarət alan 4 nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB-2

Hadisə
  • 13 avqust, 2026
  • 20:16
Bərdədə avtoqəzada xəsarət alan 4 nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB-2

Bərdədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların son vəziyyəti açıqlanıb.

TƏBİB-dən "Report"un Qarabağ bürosunun sorğusuna cavab olaraq bildirib ki, xəsarət alan 4 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır", - məlumatda qeyd olunub.

Bərdədə zəncirvari qəza zamanı xəsarət alanların kimliyi müəyyən edilib.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, qəza zamanı VAZ-2107 markalı avtomobildə olan İsayev Xəyal Qurban oğlu, Məmmədov Oktay Əli oğlu, Abdullayev Ömər Telman oğlu və Bəşirov Orxan Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Bərdə rayonunda üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada dörd nəfər xəsarət alıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Toyota Camry", "VAZ 2107" və "VAZ 21099" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "Toyota Camry" və "VAZ 2107" aşaraq yolun sağ və sol kənarlarına düşüblər.

Hadisə nəticəsində xəsarət alan dörd nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.