Bərdədə yol qəzası olub, xəsarət alanlar var

Bərdədə yol qəzası olub, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
3 Aprel , 2017 20:22
Bərdədə yol qəzası olub, xəsarət alanlar var

Bərdə. 3 aprel. REPORT.AZ/ Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, qəza Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Jeep" "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "Jeep"in sürücüsü, 61 yaşlı Kamil Əli oğlu Ağalarov, "Mercedes"in sürücüsü, 44 yaşlı Rauf Tofiq oğlu Abbasov və sərnişini, 36 yaşlı Elnur Məhiyyəddin oğlu Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onları vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.