Bərdədə yol qəzası baş verib, xəsarət alan var - FOTO

Bərdədə yol qəzası baş verib, xəsarət alan var - FOTO Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 Oktyabr , 2019 19:32
Bərdədə yol qəzası baş verib, xəsarət alan var - FOTO
Report

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Opel" və "Mitsubishi" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Opel"də olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Bərdə Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər xəstənin vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi