Bərdədə yanğın zamanı 300-ə yaxın ev quşu tələf olub - FOTO

Bərdədə yanğın zamanı 300-ə yaxın ev quşu tələf olub - FOTO Yanğının başvermə səbəbləri araşdırılır
Hadisə
11 Yanvar , 2018 17:58
Bərdədə yanğın zamanı 300-ə yaxın ev quşu tələf olub - FOTO
Report

Bərdə. 11 yanvar. REPORT.AZ/ Bərdə rayonunda yanğın zamanı 300-ə yaxın ev quşu tələf olub.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əliyanlı kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün Ceyhun Babayevə məxsus fərdi quşçuluq təsərrüfatında yanğın baş verib. Yanğın zamanı təsərrüfatda olan 300-ə qədər ev quşları yanaraq tələf olub. 

Hadisə yerinə FHN-nin Bərdə Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb. 

Yanğının başvermə səbəbləri araşdırlır. 

Son xəbərlər

Orphus sistemi