Bərdədə ticarət mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB
- 27 noyabr, 2017
- 09:01
Bərdə. 27 noyabr. REPORT.AZ/ Bərdə rayonunda yerləşən "Bərdə" ticarət mərkəzində baş verən yanğın söndürülüb.
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, yanğın ticarət mərkəzində yerləşən aqromağazadan başlayıb. Daha sonra genişlənən yanğın yaxınlıqda yerləşən aptekə keçib.
İlkin məlumatlara görə, yanğın ümumilikdə 40 kvadratmetr ərazini əhatə edib. Dəyən ziyan hesablanır.
***11:08
Bərdə. 27 noyabr. REPORT.AZ/ Bərdə rayonunda yerləşən ticarət mərkəzi yanır.
"Report"un Qarabağ bürosu xəbər verir ki, yanğın ticarət mərkəzində yerləşən mağazalardan birində başlayıb.
Qısa zamanda genişlənən yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Yanğından Mühafizə Xidmətinin yanğınspndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğının söndürlməsi istiqamətində tədbirlər görülür.