Bərdədə quldurluq edən şəxs tutulub

Hadisə
  • 11 yanvar, 2019
  • 06:44
Bərdədə quldurluq edən şəxs tutulub

Bərdə. 11 yanvar. REPORT.AZ/ Bərdə rayonunda quldurluq edən şəxs tutulub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, rayon sakini Əhmədov Rəşad Fəxrəddin oğlu Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, yaşadığı binanın qarşısında tanımadığı şəxs ona bıçaqla hədə qorxu gələrək 300 manat dəyərində telefonunu əlindən alıb. 

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Murad Quluzadə saxlanıb. O, törətdiyi əməli etiraf edib.

Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.