Bərdədə qəbiristanlıqdan mərmər sinə daşlarını oğurlayan şəxs tutulub

Bərdədə qəbiristanlıqdan mərmər sinə daşlarını oğurlayan şəxs tutulub Faktla bağlı cinayət işi açılıb araşdırmalar davam etdirilir
Hadisə
12 Dekabr , 2016 12:30
Bərdədə qəbiristanlıqdan mərmər sinə daşlarını oğurlayan şəxs tutulub

Bakı. 12 dekabr. REPORT.AZ/ Bərdə rayonunda qəbiristanlıqdan mərmər sinə daşları oğurlanıb. "Report" xəbər verir ki, hadisə rayonun Cəyirli kənd qəbiristanlığında baş verib. 

Belə ki, həmin kəndin sakini Zülfü Əmrəliyev Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək kənd qəbiristanlığında dəfn olunan qardaşının məzarından mərmər sinə daşının və iki ədəd mərmər güldanın oğurlanması barədə məlumat verib.

Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtrış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən rayon sakini Ceyhun Sadıqov saxlanılıb. 

Onun ətrafında aparılan araşdırmalar zamanı C.Sadıqovun həmin qəbiristanlıqdan daha bir məzarın mərmərdən olan sinə daşını oğurlaması müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi