Bərdədə qanunsuz balıq ovlayan şəxs tutulub

Hadisə
  • 29 sentyabr, 2019
  • 09:13
Bərdədə qanunsuz balıq ovlayan şəxs tutulub

Bərdə rayonunda qanunsuz balıq ovlayan şəxs tutulub

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, rayon sakini Abdullayev Hafiz Fəzail oglu qanunsuz balıq ovlayarkən Bərdə Rayon Polis Şobəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun ov edərkən istifadə etdiyi elektrik avadanlıqları da maddi sübut kimi götürülüb.

Faktla bağlı rayon polis şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır.