Bərdədə qadını video və şəkilləri ilə şantaj edən şəxs tutuldu

Bərdədə qadını video və şəkilləri ilə şantaj edən şəxs tutuldu Bərdə rayonunda hədə-qorxu ilə tələb etmə hadisəsi baş verib.
Hadisə
18 Sentyabr , 2020 13:13
Bərdədə qadını video və şəkilləri ilə şantaj edən şəxs tutuldu

Bərdə rayonunda hədə-qorxu ilə tələb etmə hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bərdə Rayon Polis Şöbəsinə cari il avqustun 23-də rayon sakini olan bir qızın video və şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək ondan 1 000 manat pul tələb edilməsi barədə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Hüseynbəyli kənd sakini C.Qasımov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi