Bərdədə piyadanı avtomobil vurub

Hadisə
  • 14 iyun, 2018
  • 19:58
Bərdədə piyadanı avtomobil vurub

Bakı. 14 iyun. REPORT.AZ/ Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Bakı küçəsində hərəkətdə olan "VAZ- 21011" markalı avtomobil yolu keçmək istəyən kişini vurub.

Hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı rayon polisində araşdırma aparılır.