Bərdədə piyadanı avtomobil vurub

Bərdədə piyadanı avtomobil vurub Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
19 Sentyabr , 2019 18:31
Bərdədə piyadanı avtomobil vurub

Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə şəhərin Həzi Aslanov küçəsində qeydə alınıb.

Belə ki, minik avtomobili yol kənarında dayanan rayon sakini Kənan Nəsirovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan K.Nəsirov Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi