Bərdədə otla dolu traktor qoşqusu yanıb - FOTO
Hadisə
- 12 avqust, 2019
- 19:25
Bərdə rayonunda 300 ədəd ot bağlaması yanıb.
"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə , hadisə Həsənqaya kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Yasin Şirinova məxsus ot bağları traktorun qoşqusunda alovlanıb. Yanğın zamanı qoşquya yığılmış 300 ədəd ot bağlaması yanaraq kül olub. Bununla da kənd sakininə 1200 manata qədər ziyan dəyib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və alov söndürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Son xəbərlər
05:07
NATO qırıcı təyyarəsi Litva səmasında dronu vurub
Digər ölkələr04:38
ABŞ məhkəməsi jurnalistlər və tələbələr üçün viza məhdudiyyətlərini dayandırıb
Digər ölkələr04:26
Tramp və Altman süni intellekti müzakirə edib
Digər ölkələr03:53
"The Time": Körfəz ölkələri artıq ABŞ-nin "təhlükəsizlik çətiri"ni etibarlı saymır
Digər ölkələr03:21
CENTCOM: Hörmüz boğazında "Alqaya" tankerinə hücum edilib
Digər ölkələr02:46
"Anthropic", "OpenAI" və "Google" süni intellekt üzrə təşkilatın yaradılmasını müzakirə edirlər
Digər ölkələr02:09
Filippe Koutinyo "Santos" komandasına qoşulub
Futbol01:38
Metsola: Avropa Parlamenti Kanadada nümayəndəlik açacaq
Digər ölkələr01:13