Bərdədə orta yaşlı qadın ağrıkəsici dərmandan zəhərlənib

Hadisə
  • 01 yanvar, 2018
  • 11:14
Bərdədə orta yaşlı qadın ağrıkəsici dərmandan zəhərlənib

Bərdə. 1 yanvar. REPORT.AZ/ Bərdə rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, 1986-cı il təvəllüdlü rayon sakini Babayeva Şəhla Rəmiş qızı ağrıkəsici dərmandan zəhərlənib.

Vəziyyəti ağırlaşan qadın Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti ağırdır.