Video əlavə olunub
*** 17 sentyabr, saat 21:17
Bərdə rayonunda yolu keçmək istəyən piyadanı minik avtomobili vurub.
"Report"un Qarabağ Mərkəzinin məlumatına görə,
Sürücü Rəşad Məmmədovun idarə etdiyi "Lada-21015" markalı avtomobil yolu keçmək istəyən Salmanov Cəfər Qələndər oğlunu vurub. Yaralı ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

