Bərdədə oğurluqla məşğul olan Balakən rayon sakini tutulub
Hadisə
- 13 fevral, 2019
- 12:56
Bərdə. 13 fevral. REPORT.AZ/ Bərdə rayonunda oğurluqla məşğul olan Balakən rayon sakini tutulub.
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, rayon sakini Musa Cəmilli polis şöbəsinə müraciət edərək evindən oğurluq edilməsi barədə məlumat verib.
Baş verən hadisə ilə bağlı Bərdə rayon Polis şöbəsində əməliyyat qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Balakən rayon sakini Qaracayev Ədalət Əmrah oğlu saxlanılıb.
Bundan başqa, Ə.Qarayevin rayon sakini Ruslan Muradovun evindən oğurluq etdiyi də məlum olub.
Şübhəli şəxs dindirilmə zamanı törətdiyi oğurluq əməllərini etiraf edib.
Faktla bağla araşdırmalar davam etdirilir.
Son xəbərlər
08:44
Video
"Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
Media08:28
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
Region08:01
Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
Xarici siyasət07:36
Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
Digər ölkələr07:14
ABŞ səfirlikləri vətəndaşlara Yaxın Şərqdə eskalasiya barədə xəbərdarlıq edib
Digər ölkələr06:45
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Region06:21
NYT: Qayana neft bazarında mövqelərini möhkəmləndirib
Digər ölkələr05:59
ABŞ Karib dənizində narkotacirlərin qayığına zərbə endirib
Digər ölkələr05:28